"Gələcəyə Dönüş" filminə əsasən 2015-ci ildə uçan avtomobillərin icad edilməsini gözləyərkən, filmdən heç gözlənilməyən bir hadisə baş verir: 1980-ci illər kafesində Martynin içdiyi Pepsi Perfect. Pepsi, filmin 30-cu ilində "Pepsi Perfect"i məhdud sayda da olsa satışa təqdim edir. Filmdə Martylə Doktor Emmett Brown, öz zamanları 1985-ci ildən 21 Oktyabr 2015-ci ilə gəlirdi.
Martynin daxil olduğu nostaljik 1980-ci illər kafesində yalnız ekrandakı bir görüntüdən ibarət olan ofisiant, Martynə menyunu təqdim edir, Marty isə yalnız Pepsi istədiyini söyləyir və önünə Pepsi Perfect gəlirdi. Pepsidən edilən açıqlamada 21 Oktyabr 2015-ci ildə "Pepsi Perfect"in bir ədədinin 20,15 dollardan satışa çıxarılacağı bildirilib. "Pepsi Perfect"dən 6500 ədəd istehsal olunacaq. Digər tərəfdən önümüzdəki günlərdə reallaşacaq olan New York Comic Con fəaliyyətinə gedərkən Marty McFly kimi geyinən 1500 adam isə pulsuz olaraq bir şüşə Pepsi Perfect ala biləcək.
