Facebook sosial şəbəkəsində uzun müddətdir müzakirə edilən dislike düyməsi əvəzinə emojilerin gəlməsinə qərar verildi. Reactions adı verilən emojiler eyniylə "like" məntiqiylə çalışacaq. Sevmək, kədərlənmək və hirslənmək kimi emojilerin yer aldığı buton əvvəlcə İrlandiya və İspaniyada istifadə ediləcək.



Daha sonra isə tətbiq bütün dünyada yayılacaq. "Facebook"un məhsul müdiri Chris Tosswill, "Emojilerin bütün reaksiyaları əhatə etməsini istədik çünki mimika və jestlər bütün dünyada eynidir" – deyə bildirib. İstifadəyə başlandığı zaman, Facebook üzvləri, like düyməsini basılı saxladıqda emojileri görə biləcəklər. Marka və reklamverənlər üçün bu emojilər, göndərilən mesajlara nə kimi reaksiyalar verildiyini daha yaxşı anlamaq üçün əhəmiyyət təşkil edir.