Türk Hava Yolları reklam filmlərinə yeni birisini daha əlavə etdi. Yeni filmdə "THY"nın reklam üzü olan köhnə Qalatasaraylı, dünyaca məşhur futbolçu Didier Drogbanın həyatı qısaca əks olunub. THY daha əvvəl Kobe Bryant və Lionel Messini "Widen Your World" (Dünya Daha Böyükdür, Kəşfet) kampaniyasında reklam üzləri olaraq seçmişdi.



Bu dəfə THY yeni kampaniyasında reklam üzü olaraq Didier Drogbanı seçdi. "Crispin Porter & Bogusky London" imzalı reklam filmində, Drogbanın bu günə qədər futbol oynadığı ölkələrə necə uyğunlaşmağa çalışdığını görürük. Hekayəsi Joe Bruce ve Kate Baker tərəfindən yazılan filmin rejissorluğunu isə Richard Bullock edib.