1948-ci ildə əsası qoyulan Yapon avtomobil markası "Honda" markasının tarixçəsini izah edən iki dəqiqəlik bir stop-motion yayımladı. Şirkət bu layihəni həyata kreçirtmək üçün 2013 "Akademiya Mükafatları"nda ən yaxşı animasiya filminə namizədliyi ilə diqqət çəkən rejissor və animasiya sənətçisi PES ilə razılaşıb. Reklam çarxı PES və reklam agentliyi EİB tərəfindən hazırlanıb. Minlərlə rəsm və bir neçə səhnəni birləşdirmək üçün istifadə olunan çox az "CGI"dan ibarət və demək olar ki, hamısı əldə hazırlanmış bu iş "Paper" adlanır.