"Google"un 29 Sentyabrda baş tutacaq olan tədbirində çoxlu sayda yeni cihaz təqdim etməsi gözlənilir. Bu tədbirdə tanıdılacaqlar arasında, Chromecast və ya Nexus kimi yenilənmiş cihazlar olduğu kimi, adlarını ilk dəfə eşidəcəyimiz bir sıra yeni cihazların da olması gözlənilir. Son günlərdə Google ilə FCC (Federal Əlaqə Komissiyası) arasında ciddi bir hərəkətlilik var.
Sızan məlumatlara görə Google, uzun müddətdir söz-söhbətləri davam edən kabelsiz şəbəkə texnologiyasına özəl bir cihaz daha tanıdacaq. Sirrini qoruyan mövzu, bu cihazın Chromecastin və ya OnHub adlı modemin yeni versiyası ola biləcəyi kimi eyni zamanda tamamilə başqa bir cihaz olma ehtimalıdır. Hadisəni bu cür sirrli hala gətirənsə, "Google"un komissiyaya təqdim etdiyi sənədlər arasında bu yeni cihazı "Windcharger" adıyla etiketləmiş olmasıdır.
