Ford şirkəti "MyFord Mobile" tətbiqinin yenilənmiş versiyasını təqdim etdi. Bu tətbiqin köməyi ilə sürücülər öz avtomobillərinə "Apple Watch" və ya "Android Wear" kimi ağıllı saatlar ilə nəzarət edə biləcəklər. MyFord Mobile Sizə iqlimə, qapıları açıb örtməyə,avtoparkda avtomobilin vəziyyətini müəyyən etməyə, batareya səviyyəsinə, benzinə və bu kimi digər hallara uzaqdan nəzarət etməyə imkan verir.
Tətbiq əməliyyat sistemi Android və iOS ilə çalışan cihazlar üzərində işləyir. Ən maraqlı yenilik isə sürücünün peşəkarlıq səviyyəsini xallar ilə göstərən şəxsi hesabdır. Lakin, bir istisna var. MyFord Mobile tətbiqi Ford şirkətinin elektrik və hibrid sistemli avtomobillərini izləyə bilir.Daha dəqiq desək məhz C-MAX Energi, Focus Electric və Fusion Energi avtomobillərində çalışır.