Sony, Ceyms Bondun yeni filmi "Spectre" nin premyerası öncəsi "Xperia Z5"lə çəkilən "Made for Bond" başlıqlı bir reklam çarxı yayımladı. "adam&eveDDB"nin hazırladığı filmdə Naomi Harris, Moneypenny obrazını canlandırdı. 60 saniyədən ibarət olan reklam çarxı İngilis rejissor Danny Kleinman tərəfindən çəkilib.
Rattling Stick şirkəti, reklam agentliyi adam və eveDDB tərəfindən hazırlanan kampaniya filminin böyük bir hissəsi, "Sony F65" professional kamerası ilə çəkilib. Ağır çəkiliş səhnələri üçün isə "RX100 IV" kamerasından istifadə edilib. Kampaniya rəsmi olaraq 1 Oktyabr 2015-ci ilə tarixində yayımlanacaq olan televiziya reklamıyla başlayacaq və 8 Noyabra qədər davam edəcək.