Apple şirkəti Sentyabr ayının 9-da San-Fransisko şəhərində yeni modelləri olan "iPhone 6s", "iPhone 6s Plus", böyük "iPad Pro" və yenilənmiş "Apple TV"ni təqdim etdi. Bütün bunlardan əlavə şirkət "Apple Pencil" qələmini də təqdim etdi. Şirkət öz rəsmi "YouTube" kanalında yeni məhsullarından bəhs edən reklam çarxını da yayımlayıb.