Apple şirkəti yeni "iPhone 6s""iPhone 6s Plus" smartfonlarını təqdim edib. "iPhone 6s Plus" smartfonları 12 MP kamera ilə təchiz olunub. Yeni iPhone Live Photo funksiyasını dəstəkləyir. Apple şirkəti yeni "iPhone 6s" və "iPhone 6s Plus" smartfonlarını Sentyabrın 25-dən etibarən 12 ölkədə satışa çıxaracaq. Yeni "iPhone 6s"in qiyməti 649 dollar (16 Qb), 699 dollar (64 Qb), 749 dollar (128 Qb) təşkil edir. Qeyd edək ki, Apple şirkəti yeni məhsulunu: iPad Pro, iOS 9 əməliyyat sistemini və Apple TV üçün applicationı təqdim edib.