"Apple" şirkətinin gələn ay təqdim edəcəyi gözlənilən yeni "iPhone" modellərinin çəhrayı rəng variantının da olacağı iddia edilir. Çində məşhur olan sosial media platforması "Daliulian.Net"də yer alan rəsmlərə görə, "iPhone 6S" və "iPhone 6S Plus" adını alması gözlənilən yeni modellər, gümüş, qızıl və boz ilə bərabər, çəhrayı rəngdə də olacaqdır.
Tez-tez dilə gətirilən başqa bir iddiaya görə, yeni modellərdə Force Touch funksiyası da yer alacaqdır. Fərqli toxunuşları hiss edən və bu sayədə istifadəçinin əmrlərini yerinə yetirən "Force Touch"ın "iPhone 6S"dən başqa yeni nəsil iPad modellərində də olacağı güman edilir. "Apple"ın yeni ağıllı telefon modelləri iPhone 6S və iPhone 6S Plusun 9 Sentyabrda təqdim olunacağı və təxminən bir ay sonra bazara təqdim olunacağı gözlənilir.
