"Volkswagen" yeni "Passat" modelindəki əyləc qabiliyyətini tanıtmaq üçün elan silsiləsi yayımladı. Bu elanlar nöqtə işarələri ilə yumoristik bir təsir yaradır. Elanlar iki cümlədən ibarətdir. Bir-birindən sadəcə fərqli hissələrdəki nöqtə işarələriylə ayrılan bərabər sözlər, cümləni doğru anda bitirməyin mətndəki ifadəni nə qədər dəyişdirdiyini göstərir. Rumuniya əsilli təşkilat olan "GMP Buchares" imzalı kampaniyanın şüarı isə belədir: "Əhəmiyyətli olan doğru zamanda dayanmaqdır".


