"Motorola" 2014-cü ilin Sentyabr ayında satışa təqdim etdiyi Android əsaslı ağıllı saatı "Moto 360"ın yeni seriyasını iki fərqli modellə istifadəçilərə təqdim etməyi planlaşdırır. "Motorola"nın yeni ağıllı saatları "360S" və "360L" adlı iki ayrı modellə bazara təqdim olunacaq. 360L daha böyük ekrana və uzun batareya ömrünə sahib olacaq. Ağıllı saatların hər ikisində Bluetooth, Bluetooth LE ve Wi-Fi texnologiyaları olacaq. Motorola iki fərqli modellə fərqli istifadə məqsədlərinə görə istifadəçilərə seçmə şansı verəcək.