Xüsusilə son bir il ərzində tablet bazarında "Apple" ilə rəqabətə girən Cənubi Koreyanın "Samsung" şirkəti yeni "Galaxy Note 5" və "S6 Edge+" modellerini təqdim edib. Təqdimat "ABŞ"ın Nyu-York şəhərində təşkil olunmuş "Samsung Unpacked" adlı tədbirdə baş tutub. Kabelsiz enerji toplaya bilən Galaxy Note 5 modeli, 8 nüvəli (2.1 GHz quad ve 1.5 GHz quad) prosessora malikdir. Android 5.1 Lollipop əməliyyat sistemi ilə çalışan ağıllı cihaz, 4 GB-lıq RAM-a malikdir. 32 GB, 64 GB və 128 GB sabit yaddaş variantlarında olan Galaxy Note 5, qara, ağ, qızılı və gümüşü rəng variantları ilə təklif olunacaq.
154.4 x 75.8 x 6.9 mm ölçüsündə (5.7 düym) olan S6 Edge+, 2560 x 1440, yəni Quad HD görüntüsünü verir. 3.000 mAh yeri olan batareyaya malik ağıllı cihaz, 4 GB-lıq RAM-a malikdir. S6 Edge+ də, eynilə Note 5-də olduğu kimi 16 MP-lik f/1,9 diafraqma malik bir kamera var. "Samsung Note 5" və "Samsung Galaxy S6 Edge Plus" Avqustun 21-də satışa çıxarılacaq. Smartfonların qiyməti 815 dollardan başlayacaq. Təqdimatın sonunda "Samsung"un nümayəndələri təfərrüatı olmadan S2 Gear adlı yeni ağıllı saatı da nümayiş etdiriblər. Saatın Sentyabrın 3-də Berlində keçiriləcək "IFA" sərgisində təqdim olunması nəzərdə tutulur.