Bir şəhər düşünün ki, bütün duyğu və düşüncələri üz ifadələrindən oxumaq mümkün olsun. Dijital dünyada özümüzü qarşı tərəfə ifadə edərkən ən böyük köməkçimiz olan emojilər, artıq markaların da üzü olmağa başladı. "McDonald’s Fransa" emojilərdən ibarət reklam kampaniyası təqdim etdi. "BETC Paris" agentliyinin hazırladığı reklam çarxında şəhər həyatında gündəlik fəaliyyətlərini davam etdirən emoji insanların anlıq ruh halı dəyişmələrinə də şahid oluruq.
Belə ki, gerçək həyatda nə biz, nə də qarşımızdakılar duyğularımızı bu qədər sürətli çatdıra bilməzkən McDonald’s Emoji dünyasında hər şey sanki şəffaf bir şüşənin arxasından təqdim edilir. "Venez comme vous êtes" (Olduğunkimigəl) şüarıyla təqdim olunan reklam kampaniyasında hər seqmentdən istehlakçıya xitab etməyi qarşısına məqsəd qoyan marka, bu dəfə işi bir addım irəliyə daşıyaraq emojilərin gücü ilə istehlakçının duyğusal istiqamətinə də diqqət çəkdi.