Yaponiyanın texnologiya nəhəngi "Sony" şirkəti 28 Avqust tarixindən etibarən internet saytı üzərindən müştərilərinə satış etməyəcək. Xperia Z3+ ilə ABŞ ağıllı telefon bazarında təsirli bir həmlə edən Sony, buna baxmayaraq bazarda "Apple" və "Samsung" ilə rəqabət etməkdə çətinlik çəkir.



Bu səbəbdən şirkətin həmləsi, virtual satış yerinə, ölkədə daha təsirli olan "üz-üzə satış" üsullarını artırmaq üçün atılmış bir addım kimi qiymətləndirilir. Sony müştəriləri, 28 Avqusta qədər onlayn mağazadan Xperia Z3+, Playstation4 kimi məhsulları satın ala, hədiyyə çeklərini istifadə edə biləcəklər. Gəlir gətirən məhsullara fokuslanacağı gözlənilən texnologiya nəhəngi, ağıllı telefon bazarında etdiyi zərəri ödəmək üçün işçilərinin sayını azaltmağı və aktivlərinin bir hissəsini satmağı planlaşdırır.