"Volkswagen"in son reklamında Polis Akademiyasının və "10.000 səs efektinin adamı" Michael Winslow markanın yeni avtomobili olan "Volswagen Golf R"in reklam çarxındsa səs effektlərini canlandırdı. Reklam çarxında Michael Winslowu yarışa başlamaq üzrə hazırlaşarkən görürük.



Daha sonra bunun bir fantastika olduğu və Winslowun əslində kompüterin arxasında olduğu aydın olur. Ancaq Wislow kaska və konsentrasiyasıyla tamaşaçıya gerçək bir yarışın içindəymiş təəssüratını verir. Aktyorun bu sırada çıxardığı səslər isə maraqlı və həqiqidir. Volkswagen, yeni avtomobili "Golf R" üçün yaradıcı agentlik "Deutsch Los Angeles" ilə çalışdı. Reklam çarxı 71,762 dəfə izlənmə və 400 like sayı əldə etdi.