Twitter, ikinci rüb rəsmi nəticələrini ictimaiyyət ilə paylaşıb. Aktiv istifadəçi sayını ötən ilin eyni dövrünə nisbətən 15 faiz artıran sosial media saytının aylıq aktiv istifadəçi sayı 316 milyon olub. Şirkət adından bəyanatlar verən "Twitter"in İcraçı Direktoru Cak Dorsey nəticələrdən məmnun olduqlarını, ancaq böyümə və innovasiya mənasında bu nəticələrin qaneedici olmadığını vurğulayıb. Twitter nəticələrin açıqlanmasından bir müddət əvvəl bəzi əməkdaşlarının işinə son verib, bu da "Twitter"in yoluna rəqib şirkətlərdən transfer ediləcək adlarla davam edəcəyi söhbətlərinin çıxmasına səbəb olmuşdu.