Elektronika nəhəngi "Samsung" ikinci rübdə təxminən 6 milyard dollar xalis mənfəət əldə edib. Texnologiya nəhəngi Samsung Electronics, 2015-ci ilin ikinci rübündə 41 milyard 465 milyon dollar gəlir, 5 milyard 894 milyon dollar isə xalis mənfəət əldə edib. Samsung bir əvvəlki rüb ilə müqayisədə gəlirini 1,5 milyard dollar, mənfəətini isə 800 milyon dollar artırıb.