Texnologiya nəhəngi Microsoft, uzun müddətdir maraqla gözlənilən yeni əməliyyat sistemi "Windows 10"u mərhələli olaraq istifadəyə təqdim etməyə başlayıb. Ölkələrin yerli vaxtlarına görə 29 İyulda istifadəyə təqdim olunan yeni Windows 10 istifadəçiyə bir sıra yenilik təqdim edir. Könhə variantlardan izlər daşıyan Windows 10, yeni bir "Başlat" menyusu ilə qarşımıza çıxır. Microsoftun ağıllı assistenti "Cortana"yı da dəstəkləyən əməliyyat sistemini, müxtəlif cihazlarla əlaqəli bir şəkildə istifadə etmək olur. "Microsoft Explorer"in yerini alan yeni internet brauzeri Microsoft Edge isə ən diqqət çəkən yeniliklər arasındadır.



Müəyyən meyarlar yerinə yetirildiyi təqdirdə bazara çıxardıldıqdan sonra da "Windows 10"u pulsuz istifadə etmək mümkündür. Microsoft səlahiyyətliləri tərəfindən verilən rəsmi açıqlamaya görə, Windows 7 və 8.1 variantlarını istifadə edənlərə Windows 10-a pulsuz keçid imkanı təqdim olunacaq. Başqa sözlə, son 2 il ərzində Windows əməliyyat sistemi ilə işləyən kompyuter alanlar pulsuz olaraq "Windows 10"a keçə biləcəklər. Şirkətin təzələməni (update) etmək istəyən (yeni versiyanı yükləmək istəyən) istifadəçilər üçün təxminən 40 Tbps-lik bir kvota ayırdığı iddia edilir. Apple-ın bu kimi vəziyyətlərdə maksimum 8 Tbps-lik bir kvota açdığı düşünülərsə, "Microsoft"un "Windows 10"a nə qədər əhəmiyyət verdiyi aydın görünür.