Texnologiya nəhəngi "Apple" elektrik enerjisi ilə çalışan avtomobil istehsal etmək üçün "BMW" ilə işləyə bilər. İddialara görə, ötən günlərdə "Apple"ın İcraçı direktoru Tim Kuk Almanyaya səfər edərək "BMW" şirkətində olub. "BMW"nin Apple ilə fərqli bir istiqamətdə plan hazırladığı və iki şirkətin də müəyyən məsələlərdə razılşamaq üzrə olduğu iddia edilir.



"Apple"ın hazırda "Apple Car" adlı yeni bir layihə üzərində çalışdığı bilinir. Apple, elektrikli avtomobil istehsal etmək istədiyini və bu məsələdə müəyyən addımlar atdığını bəyan etmişdi. Hazırda "BMW"nin i3 və i7 elektromobil modelləri ilə önə çıxır. "BMW"də olan "Apple"ın rəhbəri Tim Kukun isə i3 modelinə maraq göstərdiyi bildirilir. Apple yeni elektromobilini i3-dən öyrənərək istehsal edə bilər. Ekspertlərin sözləinə görə, Apple elektromobil istehsalında bəzi məsələlərdə "BMW"dən yardım alacaq.