Məşhurluğu ilə adından söz etdirən "GoPro" kamerası, özünə xas inkişaf etdirdiyi formatla həm diqqət çəkməyi bacarır, həm də fərqli idman növlərinə xitab edən aksesuarlarıyla ön plana çıxır. "GoPro"nun son əməkdaşlıq xəbəri isə çox böyük dəyər daşıyır, çünki GoPro, Toyota ilə əhəmiyyətli bir anlaşmaya imza atdı. Toyota ilə GoPro arasındakı razılaşma ilə bərabər, 2016-cı ildən etibarən "Toyota"nın "Tacoma" adı verilən modellərində "GoPro"ların taxıla biləcəyi yuvalar olacaq.



Normal şərtlərdə "GoPro"nun avtomobil içərisinə və ya xaricinə quraşdırıla bilən hissələri əlavə olaraq satılır. Bir çox üçüncü partiya şirkətin də bu mövzuda fərqli fikirləri var. Lakin digər bir tərəfdən baxdığımızda "GoPro"nun özünü eynilə Apple kimi istiqamətləndirməsi, bazar lideri olması kimi səbəblərlə "Toyota"nın standart bir təchizatı olaraq özünə yer tapması onlar üçün olduqca qiymətli və yeni fürsətləri özü ilə gətirə bilər.