“British Airways” aviaşirkəti Əbu-Dabi (BƏƏ) və Məsqətdən (Oman) olan sərnişinlər üçün yeni sakinləri üçün yeni “Boeing 787-9 Dreamliner” təyyarələrini istifadəyə verərək və göyərtədə dördüncü sinfi əlavə edərək premium səyahət təkliflərini genişləndirir. “British Airways” aviaşirkəti BƏƏ, Oman və Hindistanı 2015-ci ildə yeni “Boeing 787-9 Dreamliner” təyyarəsini qəbul edə biləcək yeni istiqamətlər kimi müəyyənləşdirib.
Aviaşirkət yeni birinci sinif kabinələrlə təchiz olunmuş “Boeing 787-9 Dreamliner” təyyarəsinin 25 Oktyabrdan etibarən Dehli (Hindistan), bu ilin sonunadək isə BƏƏ və Oman istiqamətində uçuşlara başlayacağını bildirib. Artıq Sentyabrda “British Airways”in parkına qatılacaq “Boeing 787-9” təyyarəsi sələfi sayılan 787-8-dən (aviaşirkətdə onların bu tip təyyarənin sayı səkkizdir) 20 fut daha uzundur, belə ki, burada “World Traveller” (ekonom), “World Traveller Plus” (premium ekonom) və “Club World” (biznes sinfi) kabinələri ilə yanaşı, yeni birinci sinif kabinələri də yer alıb. Qeyd olunan yenilik aviaşirkətin 787 təyyarələri arasında bir ilkdir. “Yeni təyyarələrə investisiya yatırmaqla və premium səyahət təkliflərini genişləndirməklə “British Airways” aviaşirkəti regiona olan diqqətini bir daha nümayiş etdirir. Sərnişinlərimizin dəbdəbəli səyahət təkliflərinə olan tələblərini qarşılamaq üçün ilkin olaraq Əbu-Dabi və Məsqət şəhərlərini “Dreamliner”in təyinat məntəqəsi kimi seçdik“ - deyə “British Airways”in Orta Şərq və Mərkəzi Asiya regionu üzrə kommersiya meneceri Paolo De Renzis bildirib. Birinci sinif kabinələr yeni nəsil premium səyahət imkanları təklif edir. “British Airways”in magistral uçuşlar üçün nəzərdə tutulan digər təyyarələrindən fərqli olaraq yeni nəsil kabinələrdə 14 deyil, cəmi 8 oturacaq var ki, bu da müştərilər üçün daha özəl şərait yaradır.
Yeni birinci sinif kabinələri rahatlıq və şəxsi məkanın ən yaxşı istifadəsini təmin etmək məqsədilə birinci sinif sərnişinlərinin rəyləri əsasında xüsusilə “Boeing 787-9” modeli üçün yaradılıb. Kabinələr dörd yeni yük bölməsinə malikdir. Tənzimlənən ayaqaltı skamyanın yanında ayaqqabılar, əl çantası və şəxsi əşyalar üçün nəzərdə tutulan yeni bölmə, gödəkcə və paltolar üçün nəzərdə tutulan bölmələrin oturacaqlara daha yaxın yerləşdirilməsi sərnişinlərin tam rahatlığına şərait yaradır. Göz səviyyəsində yerləşdirilmiş yeni dolab planşet, eynək, pasport və kosmetik ləvazimatlar kimi kiçik ölçülü şəxsi əşyaların saxlanması üçün idealdır. Dolabın qapısının iç tərəfində sərnişinlərə gərəkli olacaq balaca güzgü də yerləşdirilib. Bir sıra detallara xüsusi diqqət ayrılıb: sərnişinlər kabinədən istifadə edərkən hər bir funksiyadan sadə bir toxunuşla yararlana bilərlər. Yeni oturacaqlarla yanaşı, quraşdırılmış əyləncə konsolu üçün nəzərdə tutulan, daha çox smartfonu xatırladan və oturacaqda yerləşdirilmiş yeni idarəetmə paneli sərnişinlərin səyahət zamanı zövq almalarını təmin edir. Uçuş vaxtı sərnişinlər idarəetmə panelini müvafiq qaydada tənzimləyərək 23 düym ölçülü ekranda film və ya səyahət marşrutunu izləyə bilərlər.
Bu, həm də o deməkdir ki, sərnişinlər uçuş və eniş zamanı televizoru yığışdırmaq məcburiyyətində olmurlar. “Ağıllı” idarəetmə dəstəyi oturacağın mövqeyi, başaltı, işıqlandırma sisteminin də daxil olduğu altı müxtəlif funksiyanı idarə etməyə imkan verir. “Boeing 787-9”un yeni birinci sinif kabinələri “Forpeople”, aviaşirkətin peşəkar heyəti və yüksək keyfiyyətli yumşaq dəri, həmçinin örtük istehsalçısı “PROTOTRIM”, kabinələrin işıqlandırma sistemi ilə məşğul olan “Pritchard Themis” kimi Britaniyanın aparıcı təchizatçı şirkətlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. “Boeing 787” “British Airways”ın parkında yer alan ən son texnologiyalarla təchiz olunmuş təyyarələrdir. Müxtəlif təzyiq dərəcələri hündürlüyün əvvəlki ilə müqayisədə 2 min fut daha aşağıda, 6 min futda müəyyən edilməsinə imkan verir. Bu, rütubətin yüksəlməsi ilə kabinənin havasının quruluğunu azaldır ki, sərnişinlər daha rahat uçuşdan zövq ala bilsinlər. Yeni texnologiyalar uçuş zamanı daha komfortlu səyahət vəd edir. Hər bir kabinədə özəl işıqlandırma sistemi günün müxtəlif vaxtlarını əks etdirməyə qadirdir ki, bu da sərnişinlərə gecələr yuxulamağa, səhərlər oyanmağa yardımçı olur.
Səyahətçilər daha geniş pəncərələrdən üfüqə doğru açılan mənzərələrdən zövq ala bilərlər. Bütün bu yeniliklər uçuş yorğunluğunu azaltmağa və sərnişinlərin təyinat nöqtəsinə daha gümrah formada çatmalarına xidmət edir. Aviaşirkətin parkına gələcək yeni modellərlə bərabər “British Airways” sahib olduğu “Boeing 747” təyyarələrindən 18-də yenidənqurma işləri aparacaq və artıq yenilənmiş təyyarələr 2015-ci ilin qış mövsümündən uçuşlara başlayacaq. Müştərilərin tələblərinə uyğun olaraq “British Airways” təyyarələrin konfiqurasiyalarını təkmilləşdirərək 16 əlavə “Club World” oturacaqları quraşdırıb. “Nəhəng”in kabinələri bir sıra dizayn dəyişikliklərinə məruz qalıb. Bura həm də yeni “Panasonic eX3” gələcək nəsil əyləncə sistemi ilə təchiz olunub. Sözügedən təyyarələr ilkin olaraq Nyu-York (ABŞ), Çikaqo (ABŞ), Laqos (Nigeriya), Dubay (BƏƏ), Boston (ABŞ), Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Əl-Küveyt (Küveyt) istiqamətində uçuşlar həyata keçirəcək. 2016-cı ilin yayında bu siyahıya yeni marşrutlar əlavə olunacaq. “British Airways”in aviaparkına gətiriləcək 42 ədəd “Boeing 787” aviaşirkətin aparıcı təyyarələrinə çevriləcək.
“British Airways” haqqında:
1. “British Airways” 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir
2. Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
3. Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
4. Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
5. “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
6. “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
7. “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb