"Samsung"un bu günlərdə Çində tanıtdığı ağıllı telefonu "Galaxy A8" şirkətin bu günə qədər istehsal etdiyi ən incə telefon olma xüsusiyyətini daşıyır. "Xiaomi"nin 2015-ci ilin ilk yarısındakı müvəffəqiyyətindən sonra şirkət xüsusilə Çin və Asiyada orta sinif ağıllı telefon bazarında təkrar hakimiyyət qurmaq üçün çalışır. Samsung Galaxy A8, 8 nüvəli snapdragon 615 prosessora, 5,7 düym 1080p OLED ekrana və 2 GB rama sahibdir.



Üzərində cüt kamerası olan telefonun arxa kamerası 16 MP, ön kamerası isə 5 MP həllolma dəqiqliyinə sahibdir. 151 qram ağırlığa sahib telefonun qalınlığı isə 5.9mm-dir. Hal-hazırda yalnız Çində satışa təqdim ediləcək olan "Samsung Galaxy A8"in gələcək aylarda digər bazarlarda satışa çıxıb - çıxmayacağı isə hələ dəqiq bilinmir.