Coca-Cola, Times Meydanına yerləşdirilən interaktiv dijital billboardilə outdoor və dijitalı bir araya gətirən yaradıcı bir layihə reallaşdırdı. Diqqət çəkici reklam kampaniyaları arasında ağla gələn ilk marka olan Coca-Cola, istehlakçı adlarını qablaşdırmalara yerləşdirdiyi "Share a Coke" kampaniyası ilə böyük bir müvəffəqiyyət əldə etmişdi. Oxşar kampaniya, "Coca-Cola"nın Times Meydanında reallaşdırdığı interaktiv dijital billboardlayihəsi ilə davam edir.



Bu yaz layihə çərçivəsində "Coca-Cola" və "Google" əməkdaşlığı ilə birlikdə adlar haqqında maraqlı məlumatlar əldə etmək mümkün olan rəsmi internet saytı da yaradıldı. Saytdan məsələn, adı Əli olan şəxslərin indiyə qədər 948 fərqli mahnıda adlarının çəkildiyini və bu kimi digər oxşar məlumatları əldə etmək mümkündür. Əldə edilən məlumatlar hərəkətli bir ekranda bir neçə dəqiqə göstərilir. Oxşar təcrübəni, Times Meydanına daşımaq istəyən Coca-Cola, Twitter ilə birlikdə reallaşdırılan digital billboard hazırladı. #CokeMyName həştəqi ilə adını tweetləyən istifadəçilər real zamanda bilboardda adları ilə əlaqəli əyləncəli məlumatları görə bilir. Etiketlənmiş adla əlaqədar məlumatlar böyük bir ekranda görüntülənərkən, prospektin qarşısında yerləşdirilən webcam avtomatik olaraq ekranın şəklini çəkir. Daha sonra, markanın sosial media qrupu bir saat ərzində bu fotoşəkili tweet atan adamı etiketləyərək "Twitter"dən paylaşır.