"Ad Age" illik "Öndə gələn 200 reklamveren" hesabatına görə, "ABŞ"da zirvədəki 200 reklamverənin 2014-cü ildəki reklam xərcləri 2%-lik illik artımla 137 milyard dollar oldu. Lakin bu, reklam sektoru üçün ümid verici xəbər olaraq oxunsa da, hesabatlara görə reklam bazarının 2010-cu ildəki canlanışından bu yana ən aşağı böyümə nisbəti olaraq qeydə alınıb. Ümumilikdə isə "ABŞ"da 38 marka reklam fəaliyyəti üçün 1 milyard dollardan çox vəsait xərcləyib. Ən çox pul xərcləyən 10 marka siyahısını Sizlərə təqdim edirik.
1. Procter & Gamble (4.6 milyard dollar)

2. AT&T (3.3 milyard dollar)

3. General Motors Company (3.1 milyard dollar)

4. Comcast Corporation (3 milyard dollar)

5. Verizon Communications (2.5 milyard dollar)

6. Ford Motor Company (2.5 milyard dollar)

7. American Express (2.4 milyard dollar)

8. Fiat Chrysler Automobiles (2.2 milyard dollar)

9. L’Oréal (2.2 milyard dollar)

10. Walt Disney Company (2.1 milyard dollar)
