"Apple" telefon markası "iPhone" üçün ötən Cümə axşamı günü hekayə tərzində yeni bir reklam çarxı yayımladı. Reklam çarxı "If it’s not an iPhone it’s not an iPhone" adlanır. Apple bu yeni reklam kampaniyası ilə smartphoneun fərqli funksiyaları ilə əslində insanların həyatlarını asanlaşdırdığını, işlərində yardımçı olduğunu və ailələriylə yaxın bağlar qurmalarını təmin etdiyini vurğulayır.



Apple reklam filmlərində təchizat və proqram ilə birlikdə dizayn və funksiyaları ilə də gündəlik həyatı daha keyfiyyətli etdiyi və asanlaşdırdığı vurğusunu edir. Reklam çarxı eyni zamanda insanları iPhone istifadə edən və istifadə etməyən olaraq ikiyə ayırmış kimi görünür. Kampaniyanın "Loved" adıyla yayımlanan ikinci reklam çarxında isə eyni çəkim texnikası istifadə edilir, iPhone istifadəçilərinin telefonlarıyla keçirdikləri gözəl xatirələr göz önünə gətirilir və iPhone'larını çox sevdikləri bildirilir.