Nike, dünyanın ən tanınmış idmançılarını "Find Your Fast" kampaniyası ilə bir araya gətirərək çox sürətli bir reklam filminə imza atdı. Ötən həftə "So Fast" kampaniyasını həyata keçirən Nike, məşhur idmançıları bir araya gətirmişdi. "Nike"ın "Legion of Zoom" adı verilən "So Fast" komandasında Rafael Nadal, Serena Williams, Wayne Rooney, Mo Farah, Kobe Bryant, Katarina Johnson-Thompson, Michael Johnson, Shelly Ann Fraser Pryce, Richard Sherman, Allyson Felix, Dion Phaneuf, Shane O’Neill, Marlen Esparaza, Marcus Mariota və Odell Beckam Jr yer alır.



Məşhur idmançılar eyni zamanda "Nike"ın yeni "Find Your Fast" video kampaniyasında da iştirak edir. İdmançılar "Nike"ın ən sürətli qaçış ayaqqabısı "Nike Air Zoom Elite 8"i tanıtmaq məqsədiylə bir araya gətirilib. Nike kampaniya çərçivəsində çəkilən reklam çarxı "Find Your Fast" ilə tamaşaçıları öz sürətlərini tapmağa dəvət edir. Reklam agentliyi "Must Be Something" tərəfindən hazırlanan reklam filmi, dünyanın ən sürətli illüzionisti Davide Blaine və ən sürətli quşu Road Runner ilə təəccübləndirməyi bacarır. Reklam filminin rejissoru yazıçı, aktyor, komediyaçı və rejissor olaraq tanınan Neal Brennandır.