"Volkswagen" əvvəldən sona qədər dijital kanallar üzərindən davam etdiriləcək "The Tough Sell" adlı bir məzmun kampaniya həyata keçirdi. Kampaniya Avstraliyada reallaşdı. Golf üçün reallaşdırılan kampaniya, "The Tough Sell" bir sıra ardıcıl reklam çarxından ibarətdir. Reklam çarxlarında kampaniyanın əsas qəhrəmanı Tom, şəhərdən uzaq bölgələrdə "Volkswagen Golf"ü satmağa çalışır.



Şəhərdən uzaq, bilmədiyi bir yerdə avtomobil satmağa çalışan Tom, məhsula olan inancı və güvən verən rəftarları ilə yavaş-yavaş insanların etibarını və dostluğunu qazanır. DDB Sdney, Mediacom, Facebook ve Robber’s Dog Films əməkdaşlığı ilə həyata keçirilən kampaniya, Facebook və digər dijital kanallar üzərindən 5 ay boyunca davam etdiriləcək.