Orta Şərqdəki bazarlar üçün yeni bir Ramazan kampaniyası hazırlayan Coca-Cola, bərabərlik və tolerantlıqdan yola çıxaraq qablaşdırmadakı ənənəvi logo və yazıları götürdü. Qablaşdırmanın bu halında Coca-Colanın iconic ağ lentindən başqa yalnız "etiketlər qutular üçündür, insanlar üçün deyil" yazısı yer alıb.Kampaniya "McCann World Group" tərkibindəki Dubaylı agentlik "FP7/DXB"yə aiddir.
Agentlik, şəxsiyyət təməlinin yetərincə parçalanmış olduğu Orta Şərqdə, bu xüsusi Coca-Cola qutularının güclü bir mesaj verdiyini bildirib. Marka və agentlik Memac Ogilvy ilə birlikdə kampaniya üçün xüsusi bir film də hazırlayıb. "Remove labels this Ramadan" adlı film sosyal təcrübə şəklində işıqsız və gözün gözü görmədiyi bir mühitdə eyni iftar masasında əyləşən bir qrup Orta Doğulu kişinin söhbətindən bəhs edir. Kampaniya, marka üçün ötən aylarda İspan "Cyranos McCann" tərəfindən hazırlanan və markanın bərabərlik və tolerantlıq ifadəsini əks etdirən "Let’s take an extra second" kampaniyasını izləyir.


