Məşhur GoPro, yeni modeli "Hero 4 Session"u tanıtdı. Yeni model indiyə qədər təqdim olunan ən kiçik GoPro olma xüsusiyyətini daşıyır. İlin ilk 3 ayında 363 milyon dollarlıq satış reallaşdıran "GoPro"nun yeni modeli xüsusi bir qorumaya ehtiyac olmadan 10 metrə qədər su keçirməyən xüsusiyyətə sahibdir. Daha öncəki Here 4 modellərindən yüzdə 50 daha kiçik (1.27 sm) və yüzdə 40 daha yüngüldür (74 qr).
Ancaq digər bəzi modellərin əksinə həllolma əmsalı 1080p ilə məhdud qalır. "GoPro Hero 4 Session"da sensor LCD ekran yoxdur. Tək bir düyməyə toxunmaqla ağıllı telefon vasitəsilə idarə etmək mümkündür. Cüt mikrofon sisteminə sahib olan yeni kamera bunun sayəsində daha az gurultulu qeydlər təqdim etməyi vəd edir. Hero 4 Session bu ildən etibarən 400 ABŞ dolları dəyərində bazarlara təqdim olunacaq.

