"ZenithOptimedia" reklam qrupunun hesabtına əsasən bu il media reklamının qlobal xərcləri məzmun reklamının xərclərindən üstün olacaq. Media reklamına 66,2 milyard dollar məzmun reklamına isə 62,5 milyard dollar xərclənəcək. Ötən il isə əksinə olmuşdu. Məzmun reklamının xərcləri daha çox üstünlük təşkil edirdi. Belə ki, reklamverənlər uyğun olaraq 55,6 və 53,9 milyard dollar xərcləmişdi. "ZenithOptimedia"ya əsasən yaxın üç il ərzində ümumiyyətlə, internetdə ən sürətlə inkişaf edən media reklam olacaq.
Bu bazar 2017-ci ilə qədər hər il orta hesabla 15% artacaq. Sosial şəbəkələrdə media reklamı adı altında banner reklamı, online video və reklam başa düşülür. Qrupun ekspertləri bildirib ki, media reklam daha interaktiv hala çevrilir. ZenithOptimedia qeyd edib ki, media reklamın artım sürücüsü video reklamlarıdır. Bu bazar 2017-ci ilə qədər 29% artacaq. ZenithOptimedia reklam qrupu media reklamının xərclərinin məzmun reklamı xərclərini üstələdiyinin səbəbini isə izah etmir. Qrupun təxmininə əsasən reklamverənlərin xərcləri il ərzində orta hesabla 12% artacaq.
Interactive Advertising Bureau (IAB) sözlərinə əsasən 2006-cı ildən 2014-cü ilə qədər masa üstü kompüterlərdə məzmun reklamı reklamverənlər arasında şəbəkələrdə öz xidmət və məhsulları təşviq etmək üçün ən məşhur format idi. Onun büdcəsi 2009-cu ildən 2011-ci ilə qədər maksimum həddə çataraq 46% artdı. Ötən il isə onun gəliri 38% azalıb. Mobil reklamın (həm məzmun, həm də media) büdcəsi isə 2010-cu ildə 5%-dən 2014-cü ilə qədər 25% artıb. Media reklam video, sosial şəbəkələr, avtomatik satınalmaya əsasən artır.