"Google Ventures" Avropa şöbəsi iki London startupı üçün investor oldu. "Yieldify" marketinq şirkəti elan edib ki, investorlardan başda Google Ventures və Soft Bank olmaqla 11,5 milyon ABŞ dolları cəlb edib. Eyni zamanda "Lost my name" startupı başda Google Ventures olmaqla investorlardan 9 milyon dollar cəlb etdiyini elan edib. Şirkət həmçinin Greycroft Partnersin silikon vadisindən olan riskli şirkəti, "Los Angeles"dən olan "Chernin Groupu" və Amerika bankı "Allen & Con"u maliyyələşdirib. Google Ventures Avropa şöbəsi bir il bundan öncə 2014-cü ilin İyul ayında açılıb.
Fondun həcmi - 125 milyon dollardır. Şöbə ilk olaraq Yieldify və Lost my name şirkətlərinə sərmayə yatırıb. Qısa müddət sonra fond musiqi texnologiya şirkəti Kobalta və eyniadlı universitet və texnologiya şirkəti Isis Innovationın birgə müəssisəsi olan Oxford Sciences Innovationşirkətinə sərmayə yatırıb. Google buna qədər gələcək investisiya üçün startup axtarışı ilə məşğul idi. Bu üsulla Uber taksi sifarişi və daha sonra tamamını aldığı Nest şikətinə sərmayə yatırıb. Amerika şirkəti "Uber"ə 258 milyon dollar sərmayə yatırıb.
"Yieldify" 2012-ci ildə Jay Radia və onun qardaşı Milan tərəfindən yaradılıb. Bu xidmət qonaqlara alış-veriş etdirməklə internet satıcıları üçün imkan yaradır. Jay Radia bildirib ki, hal – hazırda şirkətin 120 əməkdaşı var. Daha 80 nəfər isə ilin sonuna qədər mövcud olacaq. "Biz sərmayənin böyük hissəsini inkişaf etdiricilərə və mütəxəssislərə sərf edəcəyik. Bizim artıq 800-dən çox müştərimiz var. Məhz buna görə də bizim üçün platformanın genişlənməsi son dərəcə vacibdir".
"Lost my name"ın ən məşhur məhsulu eyni adlı uşaq kitabıdır. İstifadəçilər hər hansı bir uşağın adını saytın xüsusi hissəsinə əlavə edib və qəhrəmanın adı ilə xüsusi kitab əldə edə bilər. Şirkət artıq 135 ölkədə 600 000 belə kitab satmışdır. İndi isə digər xüsusi kitablar və məhsullar istehsal etməyi planlaşdırır. "Lost my name"ın qurucularından biri olan Asi Sharabi bildirib ki, "Biz qlobal iddiaları ilə London startupı olaraq əlbətdə ki, böyük potensial ilə ABŞ bazarına çıxmağı planlaşdırırıq".