Perunun gözdən əlil insanlara yardım edən fondu "UNCP", McCann Lima agentliyi ilə birlikdə Braille yazı növündən istifadə edərək reklam elanı hazırladı. İnsanlar bu elanı gördükdə və ona toxunduqda nöqtələrin yanında adi yazı növü ilə yazılmış "Biz istəmirik ki, Siz bizim kimi oxuyasınız. Biz sadəcə Sizin diqqətinizi istəyirik" elanı üzə çıxır. Bu layihə gözdən əlil insanların çox olduğunu xatırlatmaq üçün yaxşı üsuldur.