Volvo, yenilənən XC60 silsiləsinin 60 fərqli xüsusiyyətini tanıtdığı fərqli bir Youtube pre-roll kampaniyası reallaşdırdı. Marka, "Youtube"da aylıq 6 milyard saat olan video izlənmə müddətindən ilham alınaraq hazırlanan "6 Billion Hours" kampaniyası ilə avtomobilin xüsusiyyətlərini izah etmək üçün əyləncəli bir üsuldan istifadə etdi. Markanın kreatif, media və analiz qrupları Youtube məzmunları ilə avtomobil xüsusiyyətlərini izah edən reklam ardıcıllığı yaratmaq üçün birlikdə çalışdı.



Avtomobilə aid 60 xüsusiyyəti izah edən yüzlərlə pre-roll reklam yaradıldı və məşhur video mövzularına və məzmunlarına görə paylanıldı. Marka, kampaniya üçün "Grey Kanada" və "Havas Media" ilə çalıştı. Kampaniya ilə xüsusilə "Youtube"da video izləyən gənc peşəkarlar və ailələr hədəflənir. Özündən çox daha böyük reklam büdcəsinə sahib olan "Audi" və "Mercedes" kimi markalarla rəqabət aparmaq üçün təsirli və xərci aşağı bir üsulla hədəf kütləsinə çatmaq istəyən Volvo, Youtube videoları və hədəflənən istehlakçıların online davranışlarını müzakirə edərək, avtomobilin qiyməti mövzusunda fikir sahibi olub xüsusiyyətləri haqqında məlumat almaq istəyəcək istehlakçılara səslənir. "6 Billion Hours" Youtube kampaniyası üçün hazırlanan yüzlərlə qısa reklamın hər biri avtomobilin bir xüsusiyyəti haqqında məlumat verir və tək bir reklam yerinə bir çox fərqli video təqdim edir.