"Cannes Lions"da açıq hava reklam mükafatlarında Grand Prix sahibi "iPhone 6 ilə çəkildi" başlıqlı kampaniyası ilə "Apple" oldu. Mobil fotoqrafiyanın böyüməsindən faydalanan kampaniya, hər kəsin əlində olan cihazlarla necə gözəl kadrlar çəkə biləcəyini göstərir. "Dünya Qalereyası" adı verilən iPhone 6 ilə çəkilmiş fotoşəkillər 75 şəhərdə və 25 ölkədə reklam panolarında yer aldı.
Sadəliyi ilə diqqət çəkən reklamlarda telefonun hər hansı bir xüsusiyyəti yazılmır və yalnız "iPhone 6 ilə çəkildi" ifadəsi yer alır. Lakin bəzi kadrlardan "əlavə foto tətbiqi istifadə olunmuşdur" xəbərdarlığı yer alır. Dünya üzrə 162 istifadəçinin 60 işini buradan izləyə bilərsiniz. Apple və TBWA / Media Arts Labın hazırladığı kampaniyaya aid reklam çarxını Sizə təqdim edirik.