Honda, "HR-V Crossover" avtomobilinin tanıdılması məqsədiylə reallaşdırdığı kampaniya çərçivəsində iki əyləncəli reklam çarxı yayımladı. Çox müvəffəqiyyətli reklam kampaniyalarıyla adından söz etdirən avtomobil markası Honda, 2016 HR-V Crossover avtomobili üçün xüsusi bir reklam kampaniyasına imza atdı. Markanın keçmişdən bu günümüzə qədərki kreativ yanaşma və dəyişimələrini əks etdirməyi qarşısına məqsəd qoyan kampaniya çərçivəsində iki reklam filmi və bir çap jurnal çalışması nəşr olundu. "Give and Take""Great Thinking Inside" adlı reklam çarxları Honda sevərlərə əyləncəli bir nostalji təqdim edir.