Qısa müddət ərzində istifadəyə veriləcək funksiya sayəsində istifadəçilər Google vasitəsilə məhsullar satın ala biləcəklər. Google, axtarış menyusunun yanına "İndi al" (Buy Now) düyməsinin də əlavə olunacağını açıqlanıb. Google "İndi al" (Buy Now) sayəsində internetdə alış-veriş aparmaq daha asan olacaqdır. İstifadəçilər, ayrı bir internet saytı ziyarət etmədən məhsulu satın ala biləcəklər. Alış düyməsinə basdıqda, alıcılar məhsulun ölçüsü və rəngi kimi xüsusiyyətlərini asanlıqla müəyyən edəcəklər. Satın alınan məhsul, pərakəndə satıcılardan birbaşa alıcıya göndəriləcək.