"ABŞ"ın texnologiya nəhəngi "Google" yeni mobil əməliyyat sistemi "Android M"i təqdim edib. "Google"un yeni xidməti texnologiya həvəskarlarına bir sıra yenilik təqdim edir. Əməliyyat sistemində bir çox yeniliyə gedən "Google"un təqdim etdiyi Android M ilə gələn ən diqqətçəkən 5 xüsusiyyət aşağıdakılardır:
Batareya ömrü uzanır: Android M-in ən diqqət çəkən xüsusiyyəti batareya ömrünə olan müsbət töhfəsidir. Verilən məlumata görə, Android M ilə bərabər "Doze" adlı bir funksiya gəlir. Bu tətbiq telefon istifadə edilmədiyi zama arxa planda açıq unudulan proqramları bağlayaraq batareya enerjisinə qənaət edəcək. Google-a görə, bu xüsusiyyət sayəsində Android qurğularının batareya ömrü 2 dəfə artacaqdır.
Barmaq izi istifadəsi: Barmaq izi xüsusiyyəti, ağıllı cihazlarını Android M ilə istifadə edən hər kəs tərəfindən istifadə ediləcək. Bu tətbiq sayəsində Google Play-dən alış-veriş edən istifadəçilər hər dəfə şifrə yazmaq məcburiyyətində qalmayacaqlar.
Mobil ödəmə: American Express, Visa, Mastercard kimi şirkətlərin dəstəklədiyi Android Pay də keçirilən təqdimatda rəsmən elan edilib. Android Pay sayəsində istifadəçilər ağıllı cihazlarını istifadə edərək ödəmə apara biləcəklər.
Proqram inteqrasiyası: Elektron poçt hesabınızdan və ya başqa platformalardan gələn linklərə kliketdiyinizzaman cihazınız Sizi Google Crome yerinə birbaşa o proqrama yönəldəcək. Məsələn, bir Facebook linkinə bassanız Facebook.com internet skanerləri açılmayacaqdır, sistem Sizi birbaşa Facebookun mobil applikasiyasına istiqamətləndirəcəkdir.
Proqram icazələri: Artıq proqramların şəxsi məlumatlarınıza çatması da məhdudlaşdırır. Android M istifadəçilərinin istifadə etdiyi applikasiyalar üçün bir-bir icazə verilməsi istəniləcək.