Texnologiya nəhəngi "Apple" dünyanın ən qiymətli markaları arasında "Google" və "Microsoft"u geridə qoyaraq ilk sıraya yüksəldi. Reklam və xalqla əlaqələr şirkəti WWP və marka qiymətləndirmə şirkəti Millward Brown tərəfindən hazırlanan dünyanın ən qiymətli 100 şirkətinin sadalandığı "BrandZ" hesabatı yayımlandı. Bu il 10-cu dəfə yayımlanan hesabata görə dünyanın ilk 100 markası bu anda ümumi 3,3 trilyon dollar müəssisə dəyərinə sahibdir.
Ötən il ərzində marka dəyərini 67 % yüksəldərək 247 milyard dollar dəyərə çatan Apple, ötən ilin birincisi Googleu geridə qoydu. Markanın ötən il böyük maraqla qarşılanan ağıllı saat məhsulu AppleWatch geniş bir istifadəçi kütləsinə çatmış olsa da Apple markasının dəyər artımının əsas hərəkətverici gücü iPhone 6'nın tutduğu bildirib. İkinci sıraya yerləşən Google 9 % dəyər artımıyla 173,7 milyard dollar dəyərə çatarkən Microsoftun dəyər artımı isə 28 % artım və 115,5 dollar oldu.
BrandZ hesabatının ilk 10 sıralaması isə aşağıdakı şəkildədir:
1. Apple
Dəyər: 246,9 milyard dollar
Keçən ilki dəyər: 148 milyard dollar
Böyümə: 67 %
2. Google
Dəyər: 173,6 milyard dollar
Keçən ilki dəyər: 158 milyard dollar
Böyümə: 9 %
3. Microsoft
Dəyər: 115,5 milyard dollar
Keçən ilki dəyər: 90 milyard dollar
Böyümə: 28 %
4. IBM
Dəyər: 93,9 milyard dollar
Keçən ilki dəyər: 108 milyard dollar
Böyümə: -13 %
5. Visa
Dəyər: 91,9 milyard dollar
Keçən ilki dəyər: 79 milyard dollar
Böyümə: 16 %
6. AT & T
Dəyər: 89,5 milyard dollar
Keçən ilki dəyər: 78 milyard dollar
Böyümə: 15 %
7. Verizon
Dəyər: 86 milyard dollar
Keçən ilki dəyər: 63 milyard dollar
Böyümə: 36 %
8. Coca-Cola
Dəyər: 83,8 milyard dollar
Keçən ilki dəyər: 81 milyard dollar
Böyümə: 4 %
9. McDonald’s
Dəyər: 81,1 milyard dollar
Keçən ilki dəyər: 86 milyard dollar
Böyümə: -5 %
10. Marlboro
Dəyər: 80,3 milyard dollar
Keçən ilki dəyər: 67 milyard dollar
Böyümə: 19 %