Cənubi Koreyanın ən böyük holdinqlərindən biri olan "Samsung"un rəhbərliyi şirkətdə növbəti yenidənqurma prosesini həyata keçirməyə sürətləndirir. Samsung, yenidənqurma çərçivəsində 8.1 milyard dollarlıq bir müqavilə ilə iki əsas subyektini birləşdirir. Belə ki, 42%-i Lee ailəsinə aid olan, moda və inşaat şirkəti Cheil Industries, tikinti və mühəndislik şirkəti Samsung "C&T"ni satın alacaq.



Analitik Maykl Na, bunun bazarda gözlənilən bir birləşmə olduğunu bildirib. Naya görə, iki şirkətin birləşməsindəki əsl məqsəd Lee ailəsinin "Samsung"un rəhbərliyində gücünü davam etdirməkdir. Lee ailəsi mürəkkəb səhmlər paketi sistemi ilə "Samsung"a nəzarəti əllərində saxlayır. Ailənin lideri Lee Kun-Hee bir il əvvəl infarkt keçirərək yatağa düşüb. 73 yaşlı Lee Kun-Hee-nin ölümündən sonra vərasət vergisi səbəbi ailənin sərvətində xeyli azalma olacağı gözlənilir.