"Chevrolet" Disney studiyası tərəfindən təqdim olunacaq "Dünyanın gələcəyi" adlı filmin təqdimatına hazırlaşır. Filmin premyerası 22 May tarixinə planlaşdırılır. Filmin yaradıcıları ilə yaxından əməkdaşlıq edən avtomobil istehsalçısı özünün yeni model avtomobili "2016 Chevy Volta" həsr olunmuş reklam çarxı təqdim etdi. CAA Marketing və Commonwealth agentliyi ilə birgə animasiyanın köməyi ilə hazırlanan reklam çarxında "Chevy" modelinin təkamülü əks olunub.



Sürətli nümayiş müvafiq olaraq 1959 və 1964-cü illərin Firebird III və Firebird IV modellərindən başlayır. 1968 və 1969-cu illərin Astro II və Astro III və 1987-ci ilin Express modelləri ilə davam edir və nəhayət sonda yeni 2016 Volt modeli ilə başa çatır. Reklam çarxının sonunda isə "Sən yeni yol axtarmağa başladığın zaman, gələcəyin avtomobilini bu gün yaradırsan" sözləri səslənir.