Apple şirkəti artıq 5-ci dəfədir ki, üst-üstə "Forbes" jurnalı tərəfindən tərtib edilmiş dünyanın ən bahalı brendləri siyahısında liderliyi ələ alıb. Nəşrin məlumatına görəil ərzində Apple şirkətinin dəyəri 17% artaraq 145,3 milyard dollar təşkil edib. Reytinqə nəzər saldıqda diqqəti bir fakt cəlb edir.
Belə ki, "Apple" şirkətinin 2-ci yerdə olan rəqibi təxminən 2 dəfə az dəyərə sahibdir. İkinci yerin sahibi Microsoft şirkəti 69,3 milyard dollar ilə qiymətlədirilir. Üçüncü yerin sahibi isə Google şirkətidir. Keçən il ilə müqayisədə dünyanın ən bahalı brendləri siyahısında ilk 6-lıq dəyişməyib. Siyahıya həmçinin 56 milyard dollar kapitallaşma ilə Coca-Cola şirkəti, IBM və Samsung da daxil olub.
| 1. Apple | 143,3 | +17% |
| 2. Microsoft | 69,3 | +10% |
| 3. Google | 65,6 | +16% |
| 4. Coca-Cola | 56 | 0% |
| 5. IBM | 49,8 | +4% |
| 6. McDonald's | 39,5 | -1% |
| 7. Samsung | 37,9 | +8% |
| 8. Toyota | 37,8 | +21% |
| 9. General Electric | 37,5 | +1% |
| 10. Facebook | 36,5 | +54% |