"Microsoft" şirkəti öz bloqunda bu ilin yayında yeni əməliyyat sistemi ilə təqdim olunacaq "Windows 10"un bütün növlərinin adını və məzmunu elan etdi. "Windows 10"un siyahısına bunlar daxil olacaq: istifadəçilər üçün baza əsaslı "Windows 10 Home", kiçik biznes üçün xüsusi funksiyalı "Windows 10 Pro", korporativ "Windows 10 Enterprise" və maarifləndirici "Windows 10 Education".
Bundan əlavə smartfonlar və kiçik ölçülü tabletlər üçün də "Windows 10 Mobile" və "Windows 10 Mobile Enterprise" növləri təqdim olunacaq. Sonuncu "Windows 10 IoT Core" növü isə digər xüsusi cihazlar üçün nəzərdə tutulmuşdur. Windows 10 2015-ci ilin yayında 190 ölkədə və 111 dildə təqdim olunacaq.
