"Coca-Cola"nın doğum tarixi 8 May 1886-cı ildən hesab olunur. Əczaçı John Pemberton Atlantada baş ağrısına görəsirop hazırladı və onu "Pemberton’s French Wine Coca" (Fransız şərabı Pemberton "Coca") adlandırdı. "Coca-Cola" sırf İrlandiyadan olan iş adamına görə dünyanın ən məşhur brendlərindən birinə çevrildi. Məşhur məhsulun loqosunu isə Pembertonun mühasibi Frank Robinson hazırladı. İlk öncə məhsulu içki üçün xüsusi avtomat maşın quraşdırılmış əczanədən əldə etmək mümkün idi.



129 il əvvəl "Coca-Cola"nın 1 stəkanı 5 sent təşkil edirdi. Həmin dövrdə Coca-Cola bütün növ sinir xəstəlikləri və qastrit müalicəsində istifadə olunurdu. Yeni təqdim olunmuş dərman ilk öncə böyük marağa səbəb olmadı. Onun bir illik gəliri 50 dollar oldu. Bu gəlir hətta onun hazırlanma gəlirini belə üstələmədi. Bundan əlavə içki onu hazırlayan şəxsi belə varlı etmədi. 1888-ci ilin Avqust ayının 6-da John Pemberton kasıblıqdn öldü. Sərfəli işi isə İrlandiyadan olan biznesmen Asa Candler etdi. O, Pembertonun həyat yoldaşından içkinin hazırlanma qaydasının tərkini aldı və nəticədə onun tərkibində yalnız şəkər saxladı. 1892-ci ildə şirkəti və ticarət nişanını qeydiyyata aldırdı. Daha sonra içkini məşhur etmək üçün iri miqyaslı reklam kampaniyalarına başladı və o bütün dünyada satılmağa başladı.