"Coca-Cola" şirkətinin Britaniya bölməsi "xoşbəxtlik seç" çağrışı ilə yeni layihə təqdim etdi. "Sən nə gözləyirsən?" adlı yeni reklam çarxında gənc insanların öz xoşəxtliklərinin rejissoru olduğu vurğulanıb. Musiqi kompozisiyasını isə xüsusi olaraq Hollandiyadan olan reper Haris Trnjanin yazıb. Reper yalnız istedadına görə deyil eyni zamanda Universal Zulu Nation ilə əməkdaşlığına görə də seçilib. Layihənin kreativ agentliyi isə "Ogilvy & Mather Amsterdam"dır.