"Samsung" şirkəti "Marvel" kinostudiyası ilə birlikdə "Galaxy S6 Edge" smartfonu üçün yeni reklam çarxı təqdim etdi. Sözügedən reklam çarxında məşhur futbol ulduzu Lionel Messi, amerika futbolçusu Eddie Lacy, sörfçü John Florence və İsveçrə velosipedçisi Fabian Cancellara iştirak etdi. Onların hər birinin özünə məxsus rolu var. Məsələn Lionel Messi dəmir insan rolunda çıxış edib. 4 dəqiqədən ibarət olan reklam çarxı "Assemble" adlanır.