Elektrikli avtomobilləri ilə tanınan Tesla bu dəfə qarşımıza çox fərqli bir məhsul ilə çıxmağa hazırlaşır. Bildiyiniz kimi Tesla təxminən bir ay bundan əvvəl qurucusu və CEOu Elon Muskun etdiyi şərhlə birlikdə 30 Apreldə "avtomobil olmayan" yeni bir məhsul təqdim edəcəyini açıqlamışdı.
"Tesla Energy" adlı bir plan ilə birlikdə "Tesla Powerwall"u təqdim edən Tesla, bu dəfə yaxın gələcəkdə ağıllı evlərin bir hissəsi olmağa hazırlaşır. "Powerwall"lar evlərə asanlıqla quraşdırılacaq və baxım tələb etməyəcək.
Cihaz evin elektrik sistemini daha nizamlı bir hala gətirəcək və saxlama xüsusiyyəti sayəsində həm gündüz həm də gecə günəş enerjisindən yararlanmağı təmin edəcək. Bununla birlikdə evin elektrik şəbəkəsini də nizamlayan Tesla, elektrik enerjisinin kəsildiyi hallarda da generator vəzifəsi yerinə yetirəcək. Powerwall divara quraşdırıla bilən iki fərqli modelə sahibdir, bunlardan biri "10 kWh"lık həftəlik model, digəri isə "7 kWh"lık gündəlik modeldir. Teslanın "Nevada"kı "Gigafactory"də olan böyük fabrikində hazırlanan və istehsal olunacaq olan "Tesla Powerwall"lar tutuma görə dəyişən qiymətləri ilə 3000 və 3500 dollar üzərindən satılacaq və 3-4 ay ərzində bazarda olacaq.

