"Hyundai" yeni model avtomobili "Genesis" üçün yeni reklam çarxı təqdim etdi. Bir kosmonavt qızının ən böyük istəyini yerinə gətirən Hyundai qrupu, qurumuş bir gölün üzərində yeni modeli Genesis ilə qızın atasına göndərmək istədiyi mesajı yazır. Beləliklə Hyundai qrupu atavə qızın xoşbəxtliklərinə ortaq olaraq qızın arzusunu yerinə yetirir. Hyundai qrupunun, bu yaradıcı iş ilə bir addım önə çıxacağı və böyük rəğbət toplayacağı məlumdur. Videoçarxın sonunda "Hekayələriniz, yaradıcı düşünməyimizə vadar edir” cümləsi yer alır.