“Twitter”in ilk rübdə gəliri, şirkətin yeni məhsullar təqdim etməsinə və daha çox insanı cəlb etmək üçün yeni xüsusiyyətlər tətbiq etməsinə baxmayaraq proqnozlardan aşağı qalıb. Şirkətin gəlir rəqəmləri rəsmi açıqlamadan əvvəl Selerity adlı bir firma tərəfindən bazara sızdırıldı. Bu xəbərin ardından şirkətin səhmləri 26%-lik ucuzlaşma ilə bir rekorda imza atdı. "Twitter"in aylıq aktiv istifadəçi sayı 18 faiz artımla 302 milyona çıxıb.



Artım əvvəlki rübdə 20 faiz olmuşdu. Şirkətin gəliri 74 faiz artımla 436 milyon dollar olub. Ancaq analitiklərin orta hesabla təxmini 456.2 milyon dollar olmuşdu. İcraçı Direktor Dick Costolo, şirktdə məhsulların yaradılmasına və mühəndis işlərinə məsul olan komandaların rəhbərlərini dəyişib. O, yeniliklərin sürətini artırmağa, "Twitter"in reklam və sosial media sahəsində payını qaldırmağa çalışır.