Ağıllı telefonlar, saatlar və digər geyiləbilən cihazlar vasitəsilə toplanan sağlamlıq məlumatları bir çox biznes sahəsinin diqqət mərkəzindəir. Həmin sektorlardan biri də sığortadır. Yeni formalaşmaqda olan və həcminin milyard dollarla ifadə edildiyi sektora maraq sürətlə artır. "ABŞ"ın texnologiya şirkəti IBM də ötən günlərdə açıqladığı planları ilə gündəmə gəldi. Şirkətin sahibi olduğu “Watson” süni zəka şirkəti rəqəmsal sağlamlıq məlumatlarını işləmək üçün ümumi bir platforma yaradır.



Bu baxımdan şirkət “Apple”ın “iPhone” və “Apple Watch” kimi cihazları vasitəsilə toplayacağı sağlamlıq məlumatlarının ticarətini təşkil etməyə hazırlaşır. IBM və “Apple” bu layihə çərçivəsində “Johnson & Johnson” və tibbi cihaz istehsalçısı “Medtronic”lə də əməkdaşlıq edəcək. Şirkət bunun üçün məlumat analizi şirkəti “Explorys” və “Phytel”i satın alaraq “IBM Watson Health” adı altında yeni bir şirkət yaradıb. 2000 nəfərin çalışacağı şirkət milyonlarla “Apple” istifadəçisinin nəbzini, yeriş, kalori əritmə səviyyəsi, qaçış və xolesterin səviyyəsi və s. kimi məlumatları toplayacaq. Bu göstəriciləri həkimlər, xəstəxanalar, sığorta şirkətləri və tədqiqat təşkilatları əldə edə biləcəklər.



Açıqlamalara görə, dünya miqyasında 700 milyon “iPhone” istifadəçisinin həmin xidmət üçün potensial ola biləcəyi bildirilir. Sistemin həyata keçməsi halında qeyri-sağlam yaşayıb pis qidalananların sığorta mükafatlarının (ödədiyi sığorta haqlarının) sürətlə artması gündəmə gələcək.Rəqəmsal sağlamlıq məlumatlarının həkimlər, xəstəxanalar və sığorta şirkətləri ilə paylaşılması ilə sürətlə artan tibbi xərclərin düşəcəyi gözlənilir.IBM, sağlamlıq məlumatlarının qiymətləndirilməsi çərçivəsində əlində 50 milyon ABŞ-lının sığorta məlumatlarının olduğu “Explorys” şirkətini satın alıb. Şirkət, sistemin qlobal miqyasda uğurla keçməsi üçün “Apple”ın 700 milyona çatan istifadəçi potensialına güvənir.